Yaponiyada 6 bala yaxın zəlzələ baş verib
Dünya 23 Noy 2017 23:55:00 312 0
Sunami təhlükəsi və zərərçəkənlər barədə məlumat yoxdur
Filippin dənizinin Yaponiyanın Rükü adası sahillərində 5,6 maqnituda gücündə zəlzələ baş verib.
“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanların episentri Naze şəhərinin 156 km şimal-şərqində, ocağı isə yerin 10 km dərinliyində qeydə alınıb.
Sunami təhlükəsi və zərərçəkənlər barədə məlumat daxil olmayıb.
Mənbə: report.az