İraq alman nazirə qadağa qoydu,


Dünya 23 Noy 2017 23:44:00 368 0

İraq alman nazirə qadağa qoydu,

İraq Baş naziri Heydər Abadi Almaniya Xarici İşlər naziri Ziqmar Qabrielin Ərbilə səfərinə qadağa qoyub.

Son.az axar.az-a istinadən bildirir ki, Qabrielin əvvəlcə Bağdada, daha sonra isə Ərbilə səfəri planlaşdırılırdı.

Lakin rəsmi Bağdad ikinci səfərin arzuedilməz olduğunu bildirib.

Bundan sonra məsələyə qarışan kansler Angela Merkel Abadi ilə telefon danışıqlarına başlayıb.