Söyüd yarpağının insan sağlamlığına faydası


Digərləri 23 Noy 2017 23:15:00 400 0

Söyüd yarpağının insan sağlamlığına faydası

Söyüd ağacının təxminən 250 - 260 fərqli növü var. Əksər söyüd ağacları qışda yarpaqlarını tökür və aprel-may aylarında çiçəklənir. Söyüd yarpağının baş ağrısı və ümumi ağrılara qarşı ağrıkəsici xüsusiyyətləri var. Söyüd yarpağı uyğun miqdarlarda istifadə edildiyi təqdirdə yuxusuzluq, əsəb pozulması, stress hallarında müalicə məqsəd ilə istifadə edilir.

Son.az deyerler.org-a istinadən bildirir ki, aparılan araşdırmalar nəticəsində mütəxəssis həkimlər tərəfindən sarılıq və ekzema kimi xəstəliklərin müalicəsində istifadə edilir. Söyüd yarpağı bir qazan içərinə qoyularaq su ilə qaynadılır, sonra bal əlavə edilir. Bu şəkildə hazırlanan məhlul istehlak edildiyi zaman baş və ya bədəndə olan ağrının azaldığı müşahidə edilmişdir. Qulaq cingildəməsi və qulaq ağrısı olanlar üçün söyüd yarpağı suyunun bir neçə damcı qulağa əlavə edilməsi təqdirdə ağrıkəsici effekt verir.

Söyüd yarpağı yuxusuzluqdan əziyyət çəkənlər üçün yuxusuzluğu aradan qaldırmaq üçün istifadə edilir.

Ayaqüstü uzun müddət işləyənlərdə iş stressi və yorğunluqdan qaynaqlanan ayaq və topuq ağrısı şikayətlərinin aradan qaldırılması üçün bu bitkinin yarpağı olduqca təsirlidir. Belə ki, su içərisinə qoyulan bir dəstə söyüd yarpağı bir müddət saxlandıqdan sonra ayaqları həmin suyun içində saxlamaq lazımdır, bu təqdirdə yorğunluq təsirinin qısa müddət sonra getdiyi müşahidə edilmişdir. Söyüd yarpağı sarılıq xəstəliyi olanlar tərəfindən də istehlak edilir.