Ərəb milyarderdən boşanıb keçmiş sevgilisinə qayıtdı FOTO


Digərləri 23 Noy 2017 22:38:00 267 0

Ərəb milyarderdən boşanıb keçmiş sevgilisinə qayıtdı  FOTO

8 ay öncə ərəb milyarder Visaam Əl-Manadan boşanan Canet Cekson uzun müddət tək qala bilməyib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, Canet yenidən keçmiş sevgilisi Jerman Dyupri ilə görüşür. İkilinin son vaxtlar birlikdə tez-tez vaxt keçirdiyi bildirilir.

Qeyd edək ki, mərhum müğənni Maykl Ceksonun bacısı olan Canet Jermanla 7 il sevgili olub. Cütlük 2009-cu ildə ayrılıb. 3 il sonra ifaçı ərəb milyarder Vissam al-Mana ilə rəsmi nikaha girib. Onlar bu ilin aprelində boşanıblar. Cütlüyün bir oğlu var.


Xəbərə aid fotolar