Son 100 ildə ABŞın ən bahalı şirkətləri


Digərləri 23 Noy 2017 21:50:00 223 0

Son 100 ildə ABŞın ən bahalı şirkətləri

HowMuch adlı sayt 100, 50 il bundan öncəki və indiki Amerika bazarının analizini aparıb. Saytın məlumatlarına əsasən 1917-ci ildə ABŞ-ın ən bahalı şirkəti "U.S. Steel" adlı böyük metallurgiya şirkəti olub. Həmin vaxtda onun qiyməti 46.4 milyard dollar təşkil edirdi. 2017-ci ilin Sentyabr ayındakı göstəricilərə əsasən isə şirkətin kapitalizasiyası 4.7 milyard dollar təşkil edib. 1917-ci il üzrə siyahıya həmçinin "AT&T" (American Telecom & Telegraph) şirkəti də daxil olub. Belə ki, həmin ildə onun  qiyməri 14.1 milyard dollar, bu ilin Sentyabr ayına əsasən isə 211.9 milyard dollar təşkil edib.

Son.az technote.az-a istinadən bildirir ki, "Standart Oil of N.J." neft şirkətinin həmin ildə qiyməti 10.7 milyard dollar təşkil edirdi. Daha sonradan o öz adını "Exxon"a dəyişmiş və 1999-cu ildə "ExxonMobil" şirkətinin bir hissəsi olmuşdur. "Bethlehem Steel" polad tökmə şirkətinin 1917-ci ildəki qiyməti 7.1 milyard dollar idi. 2003-cü ildə isə şirkət iflas etdi. "Armour & Co" ət emalı şirkətinin həmin ildəki qiyməti 5.8 milyard dollar idi və 1970-ci ildə digər şirkətin daxilinə keçmişdir. Digər bir qida şirkəti olmuş "Swift & Co"nun 1917-ci ildəki qiyməti 5.7 milyard dollar təşkil edirdi və 2007-ci ildə o da digər bir şirkətin daxilinə keçmişdir.

1917-ci ildəki kapitalizasiya üzrə 7-ci yeri siyahıda kənd təsərrüfatı texnikası istehsalçısı "International Harvester" şirkəti tutub. Həmin ildə onun qiyməti 4.9 milyard dollar təşkil edirdi. Lakin sonradan şirkət öz fəaliyyətini dayandırdı. 7-ci yerdə həmçinin "E.I. du Pont de Nemours" adlı şirkət də qərarlaşıb. O ildə onun qiyməti 4.9 milyard dollar idi. İndi isə həmin şirkət "DuPont" adlanır və onun qiyməti 72.3 milyard dollardır.

1917-ci il göstəricilərinə əsasən siyahının sonunda iki şirkət dayanıb. Onlardan biri "Midvale Steel & Ordnance" adlı polad tökmə şirkətidir. Həmin ildə onun qiyməti 4.8 milyard dollar təşkil edirdi  və 1923-cü ildə o, digər şirkətin daxilinə keçmişdir. İkinci şirkət isə "U.S. Rubber"dir. O, maşın təkərləri və sintetik məhsullar hazırlayırdı. Bu şirkətin qiyməti 4.6 milyard dollar təşkil edirdi və 1990-cı ildə digər şirkətin daxilinə keçmişdir.

1967-ci il üzrə reytinqin birinci sırasında "IBM" şirkəti qərarlaşıb. Həmin ildə şirkətin qiyməti 258.6 milyard dollar təşkil edirdi və o, ABŞ-ın ən bahalı şirkəti hesab olunurdu. Bu ilin Sentyabr ayının göstəricisinə əsasən isə onun qiyməti 137.9 milyard dollar təşkil edib. Həmin ildəki reytinq üzrə ikinci yeri 200.5 milyard dollar qiymətlə "AT&T" şirkəti tutub, üçüncü yeri isə 177 milyard dollar qiymətlə (indiki qiyməti 146.9 milyard dollar) "Eastman Kodak" şirkəti tutub.