Azərbaycanda ana südü ilə qidalanan körpələrin sayı artıb


Digərləri 23 Noy 2017 20:59:00 230 0

Azərbaycanda ana südü ilə qidalanan körpələrin sayı artıb

Azərbaycanda ana südü ilə qidalandırılan körpələrin sayı artıb.

Son.az Trend-ə istinadən bildirir ki, 2005-ci ildə 3 aya qədər ana südü ilə qidalanan körpələrin sayı 30,5 min nəfər olduğu halda, 2011-ci ildə onların sayı 74,5, 2016-cı ildə 95,2 min nəfər olub. 2011-ci ildə bu körpələrin 52,5 min nəfəri, 2016-cı ildə isə 63 min nəfəri yalnız ana südü ilə qidalanıb.

Son illər ərzində 6 aya qədər körpələrin ana südü ilə qidalanması göstəricisində artım nəzərə çarpmasa da, 6 aya qədər körpələrin arasında yalnız ana südü ilə qidalanların sayı çoxalıb.

Ötən il 6 aya qədər körpələrin 73,9 min nəfəri ana südü ilə qidalanıb ki, onların da 41,5 mininə yalnız ana südü verilib. 2011-ci ildə isə ana südü verilən 71,1 min nəfər körpənin 40,5 min nəfəri yalnız ana südü ilə qidalanıb.

Ötən illər ərzində ana südü ilə qidalanan 2 yaşa qədər körpələrin də sayı çoxalıb. 2011-ci ildə 2 yaşa qədər körpələrin 6,6 min nəfəri ana südü ilə qidalandığı halda, 2016-cı ildə bu rəqəm 10 min olub.