Rusiyada vəhşicəsinə döyülən azərbaycanlı tələbə öldü


Digərləri 23 Noy 2017 19:55:00 267 0

Rusiyada vəhşicəsinə döyülən azərbaycanlı tələbə öldü

Rusiyanın Perm şəhərində vəhşicəsinə döyülən azərbaycanlı tələbə bu gün xəstəxanada keçinib.

Son.az bildirir ki, bu barədə APA-ya Permdəki Azərbaycan diasporunun sədri Çingiz İsayev bildirib.   O, həkimlərin səylərinə baxmayaraq, Hüseyn Mustafayevi xilas etməyin mümkün olmadığını söyləyib.   Qeyd edək ki, noyabrın 18-19-na keçən gecə Permdəki Farmakoloji Akademiyanın tələbəsi, Azərbaycan vətəndaşı, 1990-cı il təvəllüdlü Mustafayev Hüseyn Etibar oğlu naməlum şəxslər tərəfindən vəhşicəsinə döyülüb.   Hadisədən bir neçə gün sonra onu döyən şəxslər polis tərəfindən saxlanılıb.   Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Son.az 


Xəbərə aid foto