Tanınmış azərbaycanlı aktyorun toy günü bəlli oldu


Şou-biznes 23 Noy 2017 19:31:00 327 0

Tanınmış azərbaycanlı aktyorun toy günü bəlli oldu

Tanınmış aktyor, "Bozbaş pictures"in Şirini Nicat Rəhimovun toy tarixi bəlli olub. Aktyor bu haqda ilk məlumatı Son.az-a verib.

"İnşallah ki, dekabr ayının 5-i mənim toy günüm, xoş günümdür. Düzdür, çox həyəcanlıyam, çünki ailə həyatı böyük məsuliyyətdir. Toyumda mənə əziz olan insanlar, qohumlar, bir sözlə yaxın sənət dostlarım iştirak edəcək. Mən istədim ki, toyum şən və maraqlı keçsin. Buna görə də toyumu yaxın qohumum, gözəl müğənni Rüfət Axundova həvalə etmişəm. Əvvəl gündən istəmişdim ki, mənim toyumu Rüfət idarə etsin. Bütün subay dostlarıma da ailə həyatı arzulayıram", - deyə aktyor bildirib.