Elarizdən etiraf: "Mehriban Xanlarovanı sevirdim"


Şou-biznes 23 Noy 2017 19:36:00 306 0

Elarizdən etiraf: "Mehriban Xanlarovanı sevirdim"

Müğənni Elariz Məmmədoğlu "Sənətsevər" verilişinin qonağı olub.

Son.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi xalq artisti Aygün Kazımova ilə illərdir danışmadığını deyib. O, bu haqda suallara belə cavab verib:

"2009-cu ildə bir video yayılmışdı. Heç nədən inciyən deyiləm. Aramızda kiçik mübahisə yarandı. Kin saxlamadım. Həmin vaxtdan sonra heç onunla görüşmədik".

Elariz əməkdar artist Mehriban Xanlarovanı bir vaxtlar sevdiyini deyib:

"Bir universitetdə oxuyurduk. Dost idik, həm də ondan xoşum gəlirdi. Gənclik illərində bundan da gözəl idi. Bilirdi ki, ondan xoşum gəlir. Hər yerdə deyir ki, Elariz ölür mənim üçün. İndi ikimiz də ailə qurduq. Bu yaxınlarda bir yerdə açıqladım ki, Mehriban xanımı sevmişəm. O vaxtlar başı çəkilişlərə qarışmışdı. Ətrafında çox adam var idi. Ona görə də sevgimi deyə bilmədim".