İşçiləri "ZARA"ya 18 min "atıb"


Digərləri 23 Noy 2017 18:24:00 265 0

İşçiləri "ZARA"ya 18 min "atıb"

Bakı Ağır Cinayətlər Məhkəməsində işlədikləri "ZARA" mağazasından 17 min 700 manat mənimsəmədə təqsirləndirilənlər - İbrahim İbrahimov, Zəhra Mavlina, Zaur Novruzov, Gültəkin Bünyadova və Elvina Qafarovanın məhkəməsi keçirilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Novruz Kərimovun icraatında olan prosesdə məhkəmə istintaqı yekunlaşıb.

Dövlət ittihamçısı adıçəkilən şəxslərə cəza istəmək üçün çıxışa hazır olmadığını bildirib.