Qanunsuz ağac emalı sexləri aşkarlandı


Digərləri 23 Noy 2017 16:49:00 275 0

Qanunsuz ağac emalı sexləri aşkarlandı

Meşə sahələrindən ağacların qanunsuz kəsilərək ağac emalı sexlərinə daşınması barədə müxtəlif yuxarı instansiyalara və Nazirliyə çoxsaylı şikayətlərin daxil olması ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyində 70 nəfərdən ibarət geniş tərkibli komissiya yaradılıb. Komissiya tərəfindən Oğuz və İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin (MMBM) ərazilərində meşələrin qorunub mühafizə edilməsi vəziyyəti kompleks araşdırılıb və regionlarda reydlər keçirilib.

Nazirlikdən Son.az-a verilən məlumata görə, aparılan yoxlamalar zamanı hər iki müəssisədə meşələrin qorunub mühafizə edilməsi işinin qeyri-qənaətbəxş təşkil olunduğu və qanunsuz qırıntılara yol verildiyi müəyyən olunub. Belə ki, son 4 ay ərzində Oğuz MMBM-in ərazisində 4807,93 m3 həcmində, 60134 manat dəyərində, 4180 ədəd və İsmayıllı MMBM-in ərazisində 2061,55 m3 həcmində, 14578 manat dəyərində, 4830 ədəd ağacın qanunsuz olaraq kəsildiyi aşkar edilib. Hazırda məsələyə hüquqi qiymət verilməsi və təqsirkar cavabdeh şəxslərin məsuliyyətə cəlb edilməsi üçün sənədlər hüquq-mühafizə orqanlarına hazırlanır.

Meşə ərazilərində aşkar olunmuş qanunsuz kəsilmiş ağacların istifadə mənbəyini müəyyənləşdirmək məqsədilə ETSN-nin əməkdaşları tərəfindən 02-20 noyabr 2017-ci il tarixlərində magistral avtomobil yollarında reydlər keçirilib. Reydlər zamanı Oğuz, İsmayıllı, Göyçay, Şəki rayonları ərazisində xüsusilə də gecə saatlarında yük yerlərində meşə materialları olan "Ural", "QAZ-66" "Kamaz", "QAZ-53", "ZİL", "UAZ", "Qazel", "QAZ-24" markalı ümumilikdə 15 avtomobil müşahidə edilib. Nazirliyin əməkdaşları tərəfindən sözügedən maşınlar izlənilib. Görülən tədbirlər nəticəsində maşınlarda olan meşə materiallarının Göyçay, Şəmkir və Tovuz rayonlarında fəaliyyət göstərən yeşik hazırlanan sexlərə daşındığı müəyyən edilib. Həmin avtomobillərdə qanunsuz yolla əldə olunmuş, ümumilikdə 97,5 m3  həcmində fıstıq, vələs, palıd cinsli yerli meşə materialları aşkar olunaraq sənədləşdirilib.

Bununla bağlı meşə materiallarının daşındığı Göyçay, Şəmkir və Tovuz rayonlarındakı yeşik hazırlanan sexlərə baxış keçirilib və 15 sexin fəaliyyət göstərdiyi müəyyən olunub: Belə ki, Göyçay rayonu Qarabaqqal kəndində Nadir Yəhyayevə məxsus 400 m2 ərazidə 3 ədəd mişar quraşdırılmış yeşik sexində qanunsuz yolla əldə olunmuş 1,2 m3 həcmində, 238,51 manat dəyərində fıstıq cinsli girdə işlik materialı;

Göyçay rayonu Çayarxı kəndində Məzahir İsrafilova məxsus 300 m2 ərazidə 4 ədəd mişar quraşdırılmış yeşik sexində qanunsuz yolla əldə olunmuş 5 m3 həcmində, 993,8 manat dəyərində fıstıq cinsli girdə işlik materialı;

Göyçay rayonu Cəyirli kəndində Şirvan İsmayılova məxsus 130 m2 ərazidəki yeşik sexində qanunsuz yolla əldə olunmuş fıstıqdan hazırlanmış 6,5 m3 həcmində, 1291,94 manat dəyərində yeşik taxtası;

Göyçay rayonu Cəyirli kəndində Əvəz Rəsulova məxsus 120 m2 ərazidə 3 ədəd mişar quraşdırılmış yeşik sexində qanunsuz yolla əldə olunmuş 1,8 m3 həcmində, 357,77 manat dəyərində fıstıq cinsli girdə işlik materialı;

Göyçay rayonu Cəyirli kəndində Asim Seyidova məxsus 300 m2 ərazidə 2 ədəd mişar quraşdırılmış yeşik sexində qanunsuz yolla əldə olunmuş 4,8 m3 həcmində, 954,05 manat dəyərində fıstıq cinsli girdə işlik material;

Göyçay rayonu Cəyirli kəndində Elçin Məmmədova məxsus 250 m2 ərazidə 2 ədəd mişar quraşdırılmış yeşik sexində qanunsuz yolla əldə olunmuş 3,7 m3 həcmində, 735,41 manat dəyərində fıstıq cinsli girdə işlik materialı;

Göyçay şəhəri Bahəddən Mirzəyev küçəsində Ədalət Qasımova məxsus 300 m2 ərazidə 1 ədəd mişar quraşdırılmış yeşik sexində 4,1 m3 həcmində, 814,91 manat dəyərində fıstıq cinsli girdə işlik materialı;

Göyçay şəhəri Bahəddən Mirzəyev küçəsində Samir Mustafayevə məxsus 500 m2 ərazidə 5 ədəd mişar quraşdırılmış yeşik sexində 3,5 m3 həcmində, 321,77 manat dəyərində fıstıq və vələs cinsli girdə işlik materialı;

Göyçay şəhəri Heydər Əliyev prospektində Yaqub Məmmədova məxsus 120 m2 ərazidə 2 ədəd mişar quraşdırılmış yeşik sexində 4,06 m3 həcmində, 308,46 manat dəyərində fıstıq və vələs cinsli girdə işlik materialı;

Göyçay şəhəri Heydər Əliyev prospektində İsmayıl Yaqubova məxsus 200 m2 ərazidə 2 ədəd mişar quraşdırılmış yeşik sexində 4,2 m3 həcmində, 834,80 manat dəyərində, fıstıq cinsli girdə işlik materialı;

Şəmkir rayonu Düyərli kəndində Yaşar Qənbərova məxsus 70 m2 ərazidə yeşik sexində 2 ədəd mişar quraşdırılmış qanunsuz yolla əldə olunmuş 4 m3 həcmində, 795,04 manat dəyərində fıstıq cinsli girdə işlik materialı;