Oqtay Əsədov: "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini yüksək səviyyədə keçirməliyik"


Digərləri 23 Noy 2017 13:03:35 237 0

Oqtay Əsədov: "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini yüksək səviyyədə keçirməliyik"

2018-ci il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, eləcə də Azərbaycan parlamentinin 100 illiyidir, xaricdən qonaqlarımız olacaq, ona görə də bu tədbirləri yüksək səviyyədə keçirməliyik.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin sədri Oqtay Əsədov deyib.

Spiker bildirib ki, bütün məsələlər Maliyyə Nazirliyi ilə yüksək səviyyədə həll edilir.

O.Əsədov həmçinin, parlamentin iki böyük tədbirə hazırlaşdığını vurğulayıb.