Qubaya yeni mövsümün ilk qarı VİDEO


Digərləri 23 Noy 2017 11:42:45 282 0

Qubaya yeni mövsümün ilk qarı  VİDEO

Nyabrın 22-də Quba rayonunda yeni qış mövsümü ərəfəsində ilk qar yağıb.

Son.az xəbər verir ki, dünən axşam saatlarından yağmağa başlayan qar bir müddət sonra dayanıb. Qar yağışı yollarda nəqliyyatın hərəkətinə heç bir maneçilik yaratmayıb.  Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində noyabrın 22-si gündüzdən 23-ü səhərədək hava şəraiti qeyri-sabit olub, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, dağlıq və dağətəyi rayonlarda qar yağıb. Qar örtüyünün hündürlüyü Sarıbaş və Xınalıqda 22, Şahdağda 21, Qusarda 6, Gədəbəydə 5, Başdaşağıl və Altıağacda 4, Daşkəsən və Kişçayda (Şəki) 2, Qubada 1 sm təşkil edib. Son.az Qubadakı təbiət hadisəsinin portalın daimi oxucusu Hikmət Musayev tərəfindən qeydə alınmış video görüntülərini təqdim edir: Yusif Nəsirli Son.az

Videoları izləmək üçün şəkillərə klikləyin: