Bakının məktəb direktorları İsrailə səfər ediblər


Digərləri 23 Noy 2017 11:14:00 193 0

Bakının məktəb direktorları İsrailə səfər ediblər

Bakı Şəhəri üzrəTəhsil İdarəsinin (BŞTİ) İnkişaf layihələri sektorunun müdiri Anar Qədiməliyev və 15 ümumi təhsil məktəbinin direktoru İsrailə səfər edib.

Bakı. İlhamə İsabalayeva - Bakı Şəhəri üzrəTəhsil İdarəsinin (BŞTİ) İnkişaf layihələri sektorunun müdiri Anar Qədiməliyev və 15 ümumi təhsil məktəbinin direktoru İsrailə səfər edib. İdarədən Trend-ə verilən məlumata görə, səfər İsrailin ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə həyata keçirilib. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə İsrail Təhsil Nazirliyinin təmsilçiləri arasında görüş olub. Görüşdə qarşılıqlı təcrübə mübadiləsi, ümumi təhsil məktəblərində İKT-nin tətbiqi, əldə edilən nəticələr və digər məsələlər müzakirə olunub. Azərbaycan nümayəndə heyətinin İsrail ümumi təhsil məktəblərinin rəhbərləri ilə görüşləri də keçirilib. Görüşlərdə müxtəlif məsələlərə dair fikir mübadiləsi aparılıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin