SOCAR "Super" markalı benzinin satışına başladı


Digərləri 23 Noy 2017 10:48:07 248 0

SOCAR "Super" markalı benzinin satışına başladı

"SOCAR Petroleum" QSC 7 yanacaqdoldurma məntəqəsində "Super" markalı benzinin satışına başlayıb.

Son.az xəbər verir ki, QSC-dən Trend-ə verilən məlumata görə, böyük müştəri kütləsinin "Super" (A-98) markalı yanacağa olan tələbatını nəzərə alaraq ötən gündən etibarən yalnız 7 müxtəlif ünvanda fəaliyyət göstərən "SOCAR" brendli yanacaqdoldurma məntəqələrində bu yanacaq növünün satışına başlanılıb.

"SOCAR Petroleum"un aşağıdakı yanacaqdoldurma məntəqələrində bu yanacaq növünün satışı həyata keçirilir:

1. Bakı-aeroport yolunun sağ tərəfi (keçmiş Sabunçi dairəsinin yaxınlığı); 2. Bibiheybət məscidinin yaxınlığı (yolun sağ tərəfi); 3. Bakı-Quba yolunun 28-ci km-də (yolun sağ tərəfi); 4. Aeroport-Bakı yolunun sağ tərəfi (Bakı Olimpia Stadionunun yaxınlığı); 5. Babək prospekti (şəhər mərkəzi istiqamətində); 6. Ziya Bünyadov prospekti; 7. Nobel prospekti.