Azərbaycanda Türkiyə banklarının sayı arta bilər


Digərləri 23 Noy 2017 10:37:28 199 0

Azərbaycanda Türkiyə banklarının sayı arta bilər

Türkiyənin Banklar Birliyi Azərbaycanda Türkiyə banklarının sayının artacağını gözləyir.

Bakı. Azad Həsənli - Türkiyənin Banklar Birliyi Azərbaycanda Türkiyə banklarının sayının artacağını gözləyir. Trend-in məlumatına görə, bunu "Ziraat Bank"ın baş direktoru Hüseyn Aydın Bakıda jurnalistlərə deyib. H.Aydın qeyd edib: "Biz bilirik ki, yaxın illərdə Azərbaycanı ciddi inkişaf gözləyir. Bu gün ölkədə iki Türkiyə bankı var - Ziraat Bank və Yapı Kredi. Lakin artıq deyə bilərəm ki, yaxın vaxtlarda Türkiyənin digər bankları da Azərbaycanda çalışmağa maraq göstərəcək". Xatırladaq ki, Azərbaycanda 31 bank, o cümlədən 16 xarici kapitallı bank fəaliyyət göstərir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin