Samsung Smart Hub əyləncə dünyası indi televizorunuzda


Digərləri 23 Noy 2017 10:00:00 271 0

Samsung Smart Hub  əyləncə dünyası indi televizorunuzda

Hər bir evin əsas istirahət və əyləncə güşəsi olan televizor son 10 il ərzində çox dəyişib. Adət etdiyimiz həcmli və qabaritli "qutu", incə korpuslu, maye kristallı plazma televizorları ilə əvəz olunub. Yeni nəsiltelevizorlar, müasir dizaynlı multimedia mərkəzidir. İnternet qoşulmasını dəstəkləyən andan isə, bu cihazlar adi televizor deyil, "SmartTV"adını daşıyır. Müasir televizorların imkanları günü-gündən artır, buna misal olaraq Samsung şirkətinin SmartHub servisini dəstəkləyən "ağıllı televizorların" adını çəkmək olar. 

SmartHub -Samsung tərəfindən "ağıllı" televizorlarda müxtəlif multimedia əlavələrindən istifadə üçün yaradılmış texnologiyadır. SmartHub servisi həm istifadədə olan, həmdə internetdə yerləşən əlavələr arasında naviqasiyanı təmin edir. SmartHub-ın yeni interfeysi kabel, peyk və internet kimi müxtəlif video siqnal mənbələrini və ayrı-ayrı cihaz platformaları özündə birləşdirərək tək daşıcıya keçid deməkdir.İstifadəçilər indi asanlıqla efir kontentindən kabel televiziyasına və ya oyun konsolundan Blu-ray pleyerə keçid ala bilərlər. Ən əsası bunun üçün heç bir cihazı televizora qoşaraq tənzimləmək lazım deyil, Smart TV avtomatik olaraq onları tanıyır. İndi tətildə çəkdiyiniz şəkillərə baxmaq üçün smartfondan istifadə edib, balaca displeydə ən vacib detalları nəzərinizdən qaçırmayacaqsınız. Sadəcə fotolarınızıSmart TV-yə yükləyin və dostlarınızla birgə geniş ekranda maraqlı slaydşoudan həzz alın.

Smart Hub menyusuna keçid almaq olduqca asandır, sadəcə idarəetmə pultunda eyni adlı düyməni basmaq yetərlidir. Həmçinin, servisdən Androidvə IOS platformalarında işləyən Smart View əlavəsinin köməyi ilə də istifadə etmək olar. Servisin daxili meyusu eyni ilə smartfon displeyində yerləşən əlavələr və qovluqlar panelini xatırladır. Bəli, düz eşitdiniz, indi əlavələri televizorunuza bir başa yükləyə bilərsiniz. Nəinki əlavələri, hətta oyun yükləyib, geniş ekranda oynaya bilərsiniz!