Kosmosun fəthində istifadə oluna bilən insanabənzər robot yaradılıb


Digərləri 22 Noy 2017 23:57:00 308 0

Kosmosun fəthində istifadə oluna bilən insanabənzər robot yaradılıb

Bir çox insanlar Yaponiyanın "Toyota" şirkətini dünyada ən böyük avtomobil istehsalçılarından biri kimi tanıyır. Lakin korporasiya, həmçinin robot istehsalı ilə maraqlanır. Məsələn, bu yaxınlarda həmin şirkət kosmosun fəthində istifadə oluna bilən "T-HR3" adlı insanabənzər robotunu təqdim edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bununla belə, "T-HR3" robotu yalnız kosmik məkanda deyil, həm də Yer kürəsində təbii fəlakətlərin, fövqəladə vəziyyətlərin nəticələrinin aradan qaldırılmasında, son dərəcə aşağı və yüksək temperatur şəraitində, habelə yüksək radiasiyalı yerlərdə tətbiq oluna bilər.