"Google Play"də virus aşkarlanıb


Digərləri 22 Noy 2017 21:24:00 255 0

"Google Play"də virus aşkarlanıb

Hakerlər troyanları "Google Play" proqramlar mağazasının mühafizə sistemindən gizlətmək mexanizmi hazırlayıblar. Zərərverici kod adi proqramlara tətbiq olunur. Fon rejimində məxfi işləyən virus şifrləmə və çoxpilləli sxem sayəsində gizlədilir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, cihaza quraşdırıldıqdan sonra zərərverici proqram öncədən təyin edilmiş funksiyaları yerinə yetirir və əlavə inzibatçılıq hüquqlarını sorğulamır. Bu zaman virus maskalanır, ona görə istifadəçi şübhəli heç nə hiss etmir.

Bundan sonra virus hakerlər tərəfindən təyin edilmiş ünvan üzrə başqa proqramı yükləyir. Yeganə çətinlik odur ki, istifadəçi yeni zərərverici proqramın quraşdırılmasına icazə verməlidir. Yeni zərərverici proqram "Adobe Flash Player" və ya "Android Update" proqramları kimi maskalanır.