İranlı general: "İŞİD tərəfindən aldadılmış 6 mindən çox insan kamikadze kimi özünü partladıb"


Dünya 22 Noy 2017 19:13:00 295 0

İranlı general: "İŞİD tərəfindən aldadılmış 6 mindən çox insan kamikadze kimi özünü partladıb"

İŞİD terror təşkilatının sıralarına qoşulmuş 6 mindən çox gənc terrorçu-kamikadzeyə çevrilib.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələri komandanı, general-mayor Qasım Süleymaninin İŞİD-in hakimiyyətinin sona çatması ilə bağlı İranın Ali lideri Ayətullah Xameneiyə ünvanladığı məktubunda bildirib..   General qeyd edib ki, 6 mindən çox aldadılmış gənc İslamı müdafiə etmək adı ilə intiharçı fəaliyyətlə partlayıcı ilə dolu maşınlarla meydanlarda, məscidlərdə, məktəblərdə, hətta xəstəxanalarda və müsəlmanların ümumi mərkəzlərində özlərini partladıblar: "Bu cinayətkar əməllər nəticəsində on minlərlə günahsız kişi, qadın və uşaq şəhid olub".