Ərinin və oğlunun fotosunu çəkdi,


Digərləri 22 Noy 2017 19:18:00 319 0

Ərinin və oğlunun fotosunu çəkdi,

ABŞ-ın Arizona ştatının Uşaqların Müdafiəsi Departamenti (Arizona's Department of Child Safety) fotoqraf Hizer Uitteni məhkəməyə verib.

Səbəbsə qadının Facebook-dakı profilində paylaşdığı fotoşəkildir.

Son.az Twentytwowords-a istinadən bildirir ki, həmin fotoda Hizerin əri hamamda, qucağında bir yaşlı oğlu Foksu tutaraq oturub. Ata və oğlu çılpaqdırlar.

Foto sosial şəbəkələrdə sürətlə yayılandan sonra Departamentin əməkdaşları əvvəlcə Uittenlər evinə yollanıblar, sonra isə Hizer Uitteni məhkəməyə veriblər.

Qalmaqallı foto ötən il çəkilib.

"Foks özünü pis hiss edirdi. Onda ürəkbulanma və ishal vardı. Salmonellaya yoluxmuş oğlumuzun özünü çiməndən sonra daha yaxşı hiss edəcəyini düşündük və ərim Foksu hamama apardı. Orada ərimin oğlumu çimizdirməsi məni riqqətə gətirdi. Onların fotosunu çəkmək qərarına gəldim", - Hizer Uitten deyib.

Foto Facebook-da paylaşılandan sonra 140 min "like" toplayıb, onu 32 min nəfər paylaşıb. Lakin az sonra Facebook-un texniki xidməti fotonu "qaydaları pozan şəkil" adlandıraraq pozub.


Xəbərə aid fotolar