"Qazprom" Azərbaycana qaz tədarüklərini bərpa edir


Digərləri 22 Noy 2017 17:25:00 201 0

"Qazprom" Azərbaycana qaz tədarüklərini bərpa edir

Rusiyanın "Qazprom" şirkəti və SOCAR Azərbaycana təbii qaz tədarüklərinin bərpa edilməsi barədə razılığa gəliblər.

Son.az Trend-ə istinadən xəbər verir ki, Rusiyanın qaz şirkəti bu haqda müqavilənin bu il noyabrın 21-də imzalanması barədə xəbər yayıb.

Müqaviləyə əsasən, Azərbaycan bazarına 1,6 milyard kubmetr Rusiya qazının tədarük edilməsi planlaşdırılır.