Əsəd Rusiyada 9 maddəlik təkliflər paketini qəbul etdi


Dünya 22 Noy 2017 15:44:00 219 0

Əsəd Rusiyada 9 maddəlik təkliflər paketini qəbul etdi

BMT-nin Suriyada rəhbər olaraq tanıdığı Bəşər Əsəd Rusiyada 9 maddəlik təkliflər paketini qəbul edib.

Son.az report-a istinadən xəbər verir ki, təkliflər arasında Konstitusiyaya və seçki sisteminə dəyişiklik, həmçinin ümumi əfv də var.

Türkiyə, Rusiya və İran Suriyanın 7 illik yol xəritəsi layihəsini hazırlayıb. Bu layihənin 19 maddəsi ilə bağlı razılıq əldə olunub. Sənədin 2018-ci il yanvarın 15-də təkmilləşdiriləcəyini tərəflər razılaşdırıb. Soçi görüşündə razılaşdırılmayan iki məsələ də müzakirə olunacaq. Onlardan biri terrorçu PKK-nın Suriyadakı qolu PYD-nin gələcəyi və ABŞ-ın bu ölkədəki hərbi bazalarının taleyidir.