Rusiyada Bəşşar Əsəd 9 maddəlik təkliflər paketini qəbul edib


Dünya 22 Noy 2017 14:56:33 233 0

Rusiyada Bəşşar Əsəd 9 maddəlik təkliflər paketini qəbul edib

Soçi görüşündə razılaşdırılmayan iki məsələ də müzakirə olunacaq

BMT-nin Suriyada rəhbər olaraq tanıdığı Bəşşar Əsəd Rusiyada 9 maddəlik təkliflər paketini qəbul edib.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, təkliflər arasında Konstitusiyaya, seçki sisteminə dəyişiklik, ümumi əfv də var.

Türkiyə, Rusiya və İran Suriyanın 7 illik yol xəritəsi layihəsini hazırlayıb. Bu layihənin 19 maddəsi ilə bağlı razılıq əldə edilib. Sənədin 2018-ci il yanvarın 15-də təkmilləşdiriləcəyini tərəflər razılaşdırıb.

Soçi görüşündə razılaşdırılmayan iki məsələ də müzakirə olunacaq. Onlardan biri terrorçu PKK-nın Suriyadakı qolu “PYD”nin gələcəyi və ABŞ-ın bu ölkədəki hərbi bazalarının taleyidir.