"Hindistanda arıqladım, filmə çəkildim" Canlı "Ken" FOTO


Digərləri 22 Noy 2017 14:09:00 346 0

"Hindistanda arıqladım, filmə çəkildim"  Canlı "Ken"  FOTO

"Canlı Ken kuklası" kimi tanınan Rodriqo Alves Hindistanda iki həftəlik istirahətini daşa vurub.

Son.az tmz-yə istinadən bildirir ki, əslən braziliyalı olan, ABŞ-ın Lors-Anceles şəhərində yaşayan Rodriqo Alves "Ken"ə bənzəmək üçün indiyədək onlarla plastik cərrahiyyə əməliyyatına məruz qalıb.

Hindistandakı istirahətinin detoksikasiya kursu olduğunu vurğulayan R.Alves həmin günlər ərzində çox sərt pəhriz saxladığını, çoxlu çay içdiyini və bu minvalla bədənindəki toksinləri çıxarmaqla yanaşı, arıqladığını söyləyib.

"Hindistanda olanda, sadəcə, istirahət etmədim. Bollivudda filmə də çəkildim. Hindistanı çox sevdim. Ora qayıtmaq istərdim", - Rodriqo Alves deyib.