AMEA: "Ali təhsilli gənclərimiz iş axtarırlar, amma yeni iş yeri yaratmırlar"


Digərləri 22 Noy 2017 12:30:00 277 0

AMEA: "Ali təhsilli gənclərimiz iş axtarırlar, amma yeni iş yeri yaratmırlar"

Azərbaycanda tələbələr təhsillərini başa vurduqdan sonra müəssisələrin qapılarına gedir və iş axtarırlar. Təəssüf olsun ki, bizim ali təhsilli gənclərimiz iş axtarırlar, amma yeni iş yeri yaratmırlar.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti Aparatının Elm və təhsil idarəsinin rəisi Əminağa Sadıqov deyib.

Onun sözlərinə görə, yeni gənc nəsil özü üçün iş yeri yaratmaq barədə düşünməlidir: "Bəzən deyirlər ki, mən doktoranturanı bitirmişəm. Amma bu yanaşma kökündən dəyişməlidir".

Ə.Sadıqov elm sahəsində plagiatlığın da son dərəcə aktual olduğunu bildirib.