Afinada "Aİ – Aralıq dənizi hövzəsi ölkələri tərəfdaşlığının humanitar çağırışları” mövzusunda beynəlxalq forum keçirilir (FOTO)


Digərləri 22 Noy 2017 12:24:56 300 0

Afinada "Aİ – Aralıq dənizi hövzəsi ölkələri tərəfdaşlığının humanitar çağırışları” mövzusunda beynəlxalq forum keçirilir (FOTO)

Afinada “Avropa İttifaqı – Aralıq dənizi hövzəsi ölkələri tərəfdaşlığının humanitar çağırışları” mövzusunda beynəlxalq konfrans keçirilir

Bakı. Noyabrın 22-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Marianna V.Vardinoyannis Fondunun birgə təşkilatçılığı ilə Yunanıstanın paytaxtı Afina şəhərində “Avropa İttifaqı – Aralıq dənizi hövzəsi ölkələri tərəfdaşlığının humanitar çağırışları” mövzusunda beynəlxalq forum işə başlayıb. Trend-in məlumatına görə, forumun işində Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Avropa İttifaqı və Aralıq dənizi hövzəsi ölkələrinin nüfuzlu dövlət və siyasi xadimləri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvləri - Latviyanın sabiq prezidentləri Vayra Vike-Freyberqa, Valdis Zatlers, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç, Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov, UNESCO-nun xoşməramlı səfiri Marianna Vardinoyannis, ictimai-siyasi xadimlər, Avropadakı Azərbaycan diaspor təşkilatlarının rəhbərləri, elm xadimləri və KİV əməkdaşlarından ibarət 200 nəfərə yaxın nümayəndə iştirak edirlər. Beynəlxalq tədbirin məqsədi Aralıq dənizi hövzəsindəki humanitar böhranların qarşısının alınması üçün ideya və təşəbbüsləri bölüşmək, miqrasiya, inteqrasiya, milli kimlik və multikulturalizm, xüsusilə də separatizm və öz müqəddəratını təyin etmək məsələlərini müzakirə etməkdir. Xatırladaq ki, noyabrın 20-də Belçikanın paytaxtı Brüsseldə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin və Avropa Azərbaycanlıları Konqresinin təşkilati dəstəyi ilə “Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusunda beynəlxalq forum keçirilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin