Bu avtobus hər an aşa bilər VİDEO


Digərləri 22 Noy 2017 10:58:00 344 0

Bu avtobus hər an aşa bilər  VİDEO

"Koroğlu" metro stansiyası - Pirşağı qəsəbəsi marşrutunda hərəkət edən avtobuslardan biri qəza vəziyyətində olmağına baxmayaraq, hər gün yüzlərlə sərnişin daşıyır. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, 173 saylı marşrut xəttinə məxsus avtobusun bir hissəsi çöküb. Sərnişinlər mindikdə isə sağ hissəsi az qala yerlə sürünür. Bu da hər an qəza ola biləcəyini qaçılmaz edir. 

Sərnişinlər bildirirlər ki, bir neçə aydır sözügedən nəqliyyat bu vəziyyətdədir. Lakin alternativ olmadığı üçün həmin avtobusdan istifadə etməyə məcburdurlar.


Xəbərə aid video