Azərbaycanda yeni məktəblərin açılması təklif olunur


Digərləri 21 Noy 2017 16:51:00 273 0

Azərbaycanda yeni məktəblərin açılması təklif olunur

Azərbaycan rayonlarında yeni özəl məktəb və bağçaların yaradılması təklif edilir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov çıxış edib.

O qeyd edib ki, rayonda bəzi insanlar övladlarına daha yüksək təhsil vermək üçün Bakıya üz tuturlar: "Hesab edirəm ki, rayonlarda da yüksək təhsil verən özəl məktəblərin açılması məqsədəuyğundur. Rayonlarda ingilis və digər təmayüllü özəl məktəblər açılsın ki, insanlar keyfiyyətli təhsil üçün Bakıya gəlməsinlər".