“Suriyada hərbi əməliyyatlar başa çatmaq üzrədir” Putin


Dünya 21 Noy 2017 10:21:00 267 0

“Suriyada hərbi əməliyyatlar başa çatmaq üzrədir”  Putin

Suriyada hərbi əməliyyatlar, gerçəkdən, başa çatmaq üzrədir.

Son.az report-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin noyabrın 20-də Soçidə Suriyanın BMT tərəfindən tanınan rəhbəri Bəşər Əsədlə görüşdə bildirib.

V.Putin qeyd edib ki, terrorçuluq qlobal xarakter alıb: "Terror üzərində tam qələbəyə hələ çox qalıb. Ancaq bizim terrora qarşı birgə mübarizəmiz nəticəsində Suriya ərazisində hərbi əməliyyatlar gerçəkdən başa çatmaq üzrədir".

Qeyd edək ki, noyabrın 22-də Soçidə Türkiyə, Rusiya və İran prezidentləri Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və Həsən Ruhaninin iştirakı ilə üçtərəfli sammit keçiriləcək. Prezidentlər Suryadakı böhranı və vəziyyətdən çıxış yollarını müzakirə edəcəklər.