Word sənədləri vasitəsilə virus yayılır


Digərləri 21 Noy 2017 08:51:00 254 0

Word sənədləri vasitəsilə virus yayılır

Məlumatların mühafizəsi üzrə mütəxəssislər xüsusi "Microsoft Office" sənədlərinin köməyi ilə "Windows" əməliyyat sistemini yoluxduran yeni kompüter virusu aşkar ediblər.

Son.az ICTnews-a istinadən bildirir ki, virusun özəlliyi ondadır ki, qurğu "Word" makroslarından istifadə etmədən yoluxdurulur. Hakerlər ixtiyari kodu başqa fayllardan yerinə yetirməyə imkan verən "Dynamic Data Exchange" (DDE) proqram mexanizmindən istifadə edirlər.

"Yoluxmuş faylı qəbul edən istifadəçi onu "Word" proqramında açır və sonrakı mərhələ asandır. DDE sayəsində uzaq serverlə qoşulma yaradılır və virusun digər hissələri yüklənilir. Bu halda antiviruslar köməyə gəlmir" - nüfuzlu  ekspertlər təhlükə haqda xəbərdarlıq ediblər.

"Microsoft" korporasiyası artıq yeni təhlükəyə reaksiya verib və "Office" proqram paketinin istifadəçiləri üçün kitabça çıxarıb.