Bərdədə 4 yaşlı uşağı dana vuraraq ağır yaralayıb


Digərləri 21 Noy 2017 08:28:00 262 0

Bərdədə 4 yaşlı uşağı dana vuraraq ağır yaralayıb

Hadisə rayonun Yenidaş kəndində baş verib

Bərdə rayonunun Yenidaş kəndində bədbəxt hadisə baş verib.

Son.az "Report"a istinadən bildirir ki, 2013-cü il təvəllüdlü rayon sakini Yusifli Yusif Taleh oğlu yaşadığı evin həyətində danaya yaxınlaşan zaman heyvan onu vurub. Zərbənin gücündən 4 yaşlı uşaq ağır bədən xəsarətləri alıb. Huşunu itirmiş uşaq ağır vəziyyətdə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin məlumatına görə, Y.Yusifliyə hər bir tibbi yardım göstərilsə də, onun vəziyyəti ağır olaraq qalır.