Gündə on qram qoz və ya yerfındığı qəbul etmək ölüm riskini azaldır


Digərləri 20 Noy 2017 23:18:00 371 0

Gündə on qram qoz və ya yerfındığı qəbul etmək ölüm riskini azaldır

Məlumdur ki, qoz xərçəngə qarşı mübarizə aparır, iltihabın dərəcəsini azaldır, yaşlanma prosesinin sürətini aşağı salır və ürəyin sağlamlığını möhkəmləndirir. Mütəxəssislərin sözlərinə görə, qoz faydalı antioksidantlarla zəngindir. Tədqiqatların nəticəsinə görə gündə cəmi on qram qoz və ya yerfındığı qəbul etmək ölüm riskini azaldır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu dəfə tədqiqatçılar aşkar ediblər ki, hər gün yerfındığı və qoz qəbul etməyin hesabına dərketmə prosesləri ilə bağlı olan beyin ritminin tezliyi artır.