Arpa ilə bədən təmizlənməsi


Digərləri 20 Noy 2017 22:46:00 392 0

Arpa ilə bədən təmizlənməsi

Arpa ilə balqabaq peyğəmbərlər yeməyi sayılır. Hər ikisi bədən üçün olduqca faydalıdır.

Son.az Fizulihuseynov.com-a istinadən bildirir ki, arpa həqiqətən bir bədən təmizləyicisidir. Bədənimizə yığılmış bütün tullantı maddələrinin təmizlənilməsində arpa əvəzsiz bir nemətdir.

2 xörək qaşığı arpa 500 qram suda 10 dəq qaynadılır 20 dəq dəmlənilir süzülür gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 stəkan içilir. Bu dəmləmə böyrəkləri həm iltihabdan təmizləyir, həm də duz və qumdan. Bunu böyrək ağrısından əziyyət çəkən hər bir insan cəmi 1 həftə içdikdən sonra hiss edəcəkdir.

Arpa dəmləməsi öd durğunluğu və öd qumlarından əziyyət çəkənlər üçün də faydalıdır. Belə ki, bir müddət içidikdən sonra ağız acılığının getdiyini görəcəksiniz.