İnsan beyninin əsas iş prinsipləri araşdırılacaq


Digərləri 20 Noy 2017 21:45:00 283 0

İnsan beyninin əsas iş prinsipləri araşdırılacaq

Bu ilin noyabrında İsveçrənin Sürix şəhərində Mindfire Fondu fəaliyyətə başlayıb. Fondun prezidenti, neyrobioloq Paskal Kaufman bildirib ki, bu qurum insan beyninin əsas iş prinsiplərini araşdırmaqla məşğul olacaq. Bu, insan kimi düşünə və hərəkət edə biləcək əsl süni intellektin yaradılması üçün vacibdir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, alimlər biologiyadan riyaziyyatadək müxtəlif sahələr üzrə ən yaxşı mütəxəssisləri işə cəlb edəcəklər. Onlar yalnız təkmilləşdirilmiş süni intellekt deyil, həm də süni orqanizm yaradacaqlar. Bu orqanizm düşünməklə yanaşı, həm də özünü insan kimi idarə edə biləcək.