Teleaparıcı tank hazırladı FOTO


Digərləri 20 Noy 2017 14:25:00 217 0

Teleaparıcı tank hazırladı  FOTO

Məşhur britaniyalı motoyürüşçü və teleparıcı Qay Martin dünyanın ilk tanklarından biri olmuş "Mark IV" tam, dəqiq sürətini hazırlayıb.

Son.az Daily Mail-ə istinadən bildirir ki, Channel 4 telekanalında çalışan 36 yaşlı teleaparıcı 30 ton ağırlığındakı tankı "Deborah 2" adlandırıb.

Martinin dediyinə görə, "Mark IV" tankının xeyli orijinal detallarını tapa bilsə də, mühərrik qismində 1975-ci ildə istehsal olunmuş "Rolls-Royce" mühərrikindən istifadə etməli olub.

Tankın çertyojları Birinci Dünya Müharibəsində çəkilimiş fotolar əsnasında hazırlanıb. Sürət də eynən orijinalda olduğu kimi, 6 km/saatdır.

Qay Martinin dediyinə görə, "Deborah 2" ilə Fransanın şimalındakı Kambre bölgəsinə, "Mark IV" tanklarının ilk dəfə döyüşə girdiyi məkana yollanmaq niyyətindədir.

Tankın hazırlanması 5 ay çəkib.


Xəbərə aid fotolar