"Bəzən işbazlar ailədaxii münaqişələrdən əziyyət çəkən uşaqların əməyindən istifadə edirlər"


Digərləri 20 Noy 2017 14:15:00 331 0

"Bəzən işbazlar ailədaxii münaqişələrdən əziyyət çəkən uşaqların əməyindən istifadə edirlər"

Cəmiyyətdə istər-istəməz belə hallara rast gəlinir ki, bəzən ailədaxii münaqişələrdən əziyyət çəkən və özünü tam müdafiə edə bilməyən uşaqlar ailələrindən aralanaraq böyük şəhərlərə gedirlər və ayrı-ayrı işbazlar da onların əməyindən istifadə edir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Heydər Əliyev Fondunun və BMT-nin Uşaq Fondunun birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumunda çıxış edən daxili işlər nazirinin müavini Oruc Zalov deyib.

Nazir müavini qeyd edib ki, qanunvericilikdə belə hallara yol verən işbazlara qarşı lazımi cəza tədbirlərinin görülməsi nəzərdə tutulur.