American Music Awards: ilin ən yaxşıları seçildi SİYAHI FOTO


Digərləri 20 Noy 2017 11:27:12 365 0

American Music Awards: ilin ən yaxşıları seçildi  SİYAHI  FOTO

ABŞ-ın Los-Anceles şəhərində "American Music Awards" təqdimat mərasimi keçirilib.

Son.az ABC-yə istinadən bildirir ki, "Microsoft Theater"dəki mərasimin triumfatoru amerikalı müğənni Bruno Mars olub. O, "İlin sənətçisi" nominasiyasında qalib gəlib.

Bu nominasiyada onun rəqibləri DJ "The Chainsmokers" kanadalı reper Dreyk, amerikalı reper Kendrik Lamar və britaniyalı müğənni Ed Şiran idi.

Kit Urban 3 mükafatı alıb, Ledi Qaqa isə "Pop-ro janrında ən yaxşı ifaçı" nominasiyasında qalib gəlib. Amerikalı müğənni Dayana Rossa "Xidmətlərinə və uğurlarına görə" mükafatı verilib.

"İmagine Dragons" qrupu "Ən yaxşı pop-rok qrup" nominasiyasının qalibi sayılıb.

"İlin ən yaxşı pop-rok mahnısı" mükafatı isə gözlənildiyir kimi, kanadalı Castin Biberlə Puerto-Rikodan olan müğənnilər Luis fonsi və Deddi Yankinin ifasındakı "Despacito"ya verilib.

Bu nominasiyada onlar "The Chainsmokers"in ifasındakı "Closer"i, amerikalı Holsini, habelə Ed Şiranın "Shape of You" mahnısını geridə olyublar.