V Harald xəstəxanaya yerləşdirilib


Dünya 19 Noy 2017 22:40:00 294 0

V Harald xəstəxanaya yerləşdirilib

Norveçin 80 yaşlı kralı V Harald aşkar olunan infeksiyası ilə əlaqədar xəstəxanaya yerləşdirilib.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu haqda kral sarayının mətbuat xidməti bildirib.

Məlumata görə, kralın vəziyyəti yaxşılaşmağa doğru gedir, lakin o, bazar ertəsi nəzərdə tutulan tədbirlərdə iştirak edə bilməyəcək.