"Talibanın" əsir saxladığı 30 nəfəri azad edildi


Dünya 19 Noy 2017 18:41:54 337 0

"Talibanın" əsir saxladığı 30 nəfəri azad edildi

Əfqanıstan xüsusi təyinatlı qüvvələri Hilmend əyalətində "Taliban" radikal hərəkatının nəzarəti altında olan həbsxanadan 30 nəfəri azad edib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, əməliyyat baza günü səhər saatlarında keçirilib. Azad olunanlar arasında yaşı 12-dən aşağı olan 4 uşağın olduğu bildirilir.