ABŞ generalı Trampın nüvə zərbəsi əmrini yerinə yetirməyəcək


Dünya 19 Noy 2017 18:27:00 278 0

ABŞ generalı Trampın nüvə zərbəsi əmrini yerinə yetirməyəcək

ABŞ Hərbi Hava Qüvvələrinin generalı, Strateji Komandanlığın rəhbəri Con Hayten prezident Donald Trampın nüvə zərbəsi barədə əmrini qanunsuz saydığı təqdirdə yerinə yetirməyəcəyini bəyan edib.

Virtualaz.org bildirir ki, bu barədə "CBS News" telekanalı xəbər yayıb.

D. Trampın Şimali Koreyaya nüvə zərbəsi endirməsi barədə təhdidini şərh edən general bildirib ki, komandanlıq on illər ərzində zərurət, proporsional zərbə, lazımsız itkilər və digər məqamları nəzərdə tutan mümkün ssenarilər üzərində çalışır: "Əgər prezident mənə əmr verərsə, ona məsləhət verəcəm. Əgər bu əmr qanunsuzdursa, nə baş verər? Mən prezidentə deyəcəm ki, bu, qanunsuzdur. Bu halda prezident bunun qanuni olduğunu deyəcək? Biz variantlar barədə düşünəcəyik. Bu məsələ elə də mürəkkəb deyil".