ABŞ-da qocalar evində baş vermiş yanğın nəticəsində 27 nəfər xəsarət alıb - VİDEO


Dünya 19 Noy 2017 09:48:33 294 0

ABŞ-da qocalar evində baş vermiş yanğın nəticəsində 27 nəfər xəsarət alıb - VİDEO

Bina bir neçə saat ərzində tamamilə yanaraq külə dönüb

ABŞ-ın Filadelfiya ştatında qocalar evində baş vermiş güclü yanğın nəticəsində azı 27 nəfər xəsarət alıb, bir neçə nəfər itkin düşüb.

"Report" "ABC News"a istinadən xəbər verir ki, hadisə noyabrın 17-nə keçən gecə baş verib.

Bina bir neçə saat ərzində tamamilə yanaraq külə dönüb. Xilasedicilər təqribən 160 nəfəri binadan xilas ediblər.

Hazırda hadisənin baş vermə şəraiti və səbəbləri araşdırılır.