İnsan hansı orqanlar olmadan yaşaya bilər?


Digərləri 19 Noy 2017 06:30:00 378 0

İnsan hansı orqanlar olmadan yaşaya bilər?

İnsan orqanizmi elə yaradılıb ki, özü-özünü yeniləyə bilir. Məsələn, başqasına qan verəndə insan 3,5 trilyon həcmində qırmızı qan hüceyrəsini itirsə də, bədən sürətlə özünü yeniləyir. Hətta bəzi həyati orqanlar olmadan da yaşamaq mümkündür.

Son.az bu yazıda əməliyyatla çıxarılacağı təqdirdə belə, yaşaya biləcəyimiz orqanlarla tanış edir:

Dalaq Dalaq qarın bölgəsinin sol tərəfində, qabırğaların altından arxaya doğru uzanan orqandır. Qabırğalara yaxın yerləşdiyi üçün qarın travmasına məruz qalma ehtimalı yüksəkdir. Odur ki, yaralanma nəticəsində ən çox çıxarılan orqan dalaqdır. Onu əhatə edən təbəqə zədə aldığı təqdirdə asanlıqla daxili qanaxmaya səbəb ola bilər, vaxtında diaqnoz qoyulub müalicə edilməzsə, bu daxili qanaxma ölümə səbəb ola bilər.

Mədə Mədə xərçəng olarsa və ya zədə alarsa, əməliyyatla çıxarıla bilir. Məsələn, 2012-ci ildə ingiltərəli qadın azot tərkibli kokteyl içdikdən sonra mədəsini çıxartdırmaq məcburiyyətində qalıb. Mədə çıxarıldığı zaman cərrahlar yemək borusunu birbaşa nazik bağırsağa birləşdirir. Bundan sonra qidalanmaya xüsusi diqqət yetirməli və mütəmadi olaraq vitamin qəbul edilməlidir.

Çoxalma orqanları (cinsiyyət üzvləri) Kişi çoxalma orqanları testis, qadın çoxalma orqanları isə yumurtalıq adlanır. Bu orqanlar cüt halda olur. Bu orqanlardan biri kişilərdə çıxarılarsa, uşaq sahibi ola bilirlər. Xüsusilə kişilərdə şiddət, idman, yol qəzaları, yaxud xərçəng xəstəliyi nəticəsində çoxalma orqanlarının biri və ya ikisi birdən əməliyyatla çıxarıla bilər. Qadınlarda isə uşaqlığın (döl yatağı) çıxarılması mümkündür. Lakin bu əməliyyatdan sonra qadınlar uşaq sahibi olmaq şansını itirir, həmçinin menstruasiyanı dayandırır. Araşdırmalar göstərir ki, yumurtalıqlarını çıxaran qadınların ömrü azalmır, həyati riskləri də yoxdur. Ən maraqlısı odur ki, iki testisi əməliyyatla çıxalıran kişilərin orta ömür müddəti artır.