Ukraynada etirazçılarla toqquşma zamanı 20-dən çox polis xəsarət alıb
Dünya 18 Noy 2017 23:33:47 307 0
Etirazçılar Odessada çoxmərtəbəli binanın tikintisinə qarşı çıxış ediblər
Ukraynanın Odessa şəhərində çoxmərtəbəli binanın tikintisinə qarşı çıxan etirazçılarla polis əməkdaşları arasında baş verən toqquşma nəticəsində 20-dən çox qanun keşikçisi yaralanıb.
“Report” xəbər verir ki, bu barədə yerli Milli Polsin regional idarəsinin məlumatnda bildirilir.
"Bu gün Şəhər bağında "Bizim yay teatrımız"ın üzvlərinin aksiyası zamanı 20-dən çox polis əməkdaşı travma alıb. Hüquq-mühafizə orqanları əməkdaşları "baş beyinin silkələnməsi", "qançır", "zədələnmə", "dərinin kimyəvi yandırılması", həmçinin "kimyəvi mənşəli konyunktivit" diaqnozları ilə tibbi yardım üçün müraciət ediblər", — deyə məlumatda bildirilir.
Mənbə: report.az