Miss İraq və Miss İsrail qalmaqal yaratdılar


Digərləri 18 Noy 2017 23:35:00 319 0

Miss İraq və Miss İsrail qalmaqal yaratdılar

Miss Universe 2017 iştirakçıları yarış üçün Las Vegasda bir araya gəliblər. Sözsüz ki, tədbir çəkilən fotolarla da yadda qalıb.

Lakin bu fotolardan biri çox gözlənilməz olub. Belə ki, Miss İraq Sarah İdan, Miss İsrail Adar Gandelsman ilə çəkdirdiyi selfie şəklini paylaşıb. Bu isə sosial mediada birmənalı qarşılanmayıb.

Xanım Gandelsman da öz Instagram hesabında oxşar bir şəkil paylaşaraq yazıb ki, Miss İraq "mükəmməl" qadındır. Onun bu paylaşımına təxminən 3000 bəyənmə gəlib.

Xanım Gandelsmanın Facebook səhifəsində başqa iştirakçılarla olan şəkilləri də var. Sözügedən şəkil isə həm ürəklərə, həm də sinirlərə toxunub.

Xanım İdan İraqda böyüyüb və musiqi təhsili üçün ABŞ-a köçüb. O da Facebook səhifəsində yazır ki, son 45 ildə ölkəsini yarışda təmsil edən ilk iraqlı qadın olması ilə fəxr edir.

İsrail ilə İraq arasında heç bir diplomatik münasibətin olmadığını nəzərə alsaq, YouTube istifadəçisi Sabrina Bennoui də daxil olmaqla bir çoxu belə şəkilin "hər kəsin xoşuna gəlməyəcəyini" düşünür.

İsraili zorakılıqda qınayan bəzi ərəblər hadisəyə kəskin münasibət bildiriblər.

ABŞ-da yaşayan Əsəd Əbuxəlil adlı bir professor Twitterdə yazıb: "İraqın gözəllik kraliçası, işğal və qəddarlıq gözəlliyinin kraliçası ilə çəkdirdiyi şəkili paylaşır."

Lakin iraqlı fəal Ala Twitterdə qeyd edib: "Ərəb və ya müsəlman bir nəfərin israilli birisi ilə fotosu, İsrail xarici işlər nazirliyinin insanlıq və sülhə qarşı düşmənçilik siyasəti razılaşmasında yer almır."

Tənqdilərə görə xanım İdan Instagram səhifəsində açıqlama verərək söyləyib ki, xanım İsrail ona yaxınlaşaraq şəkil çəkdirməyi təklif edib və xalqlar arasındakı sülhün bərpasına ümidlərini dilə gətirib.