Evimizdəki kiçik “bombaların” dəhşətli fəsadları


Digərləri 18 Noy 2017 23:40:00 345 0

Evimizdəki kiçik “bombaların” dəhşətli fəsadları

Azərbaycanda əhalinin işlətdiyi kiçik batareyaları niyə utirilizasiya etmirlər?

Onkoloji xəstəliklərə yol açan ağır metallar və kanserogenlərin bir mənbəyi də işlənmiş batareyalardır.

Son.az medicina.az-a istinadən bildirir ki, dermatit, bronxit, civə ilə zəhərlənmə, beyin xəstəlikləri, sinir zədələnmələri, böyrək xəstəlikləri, dəri xəstəlikləri, sümük xəstəlikləri - işlənmiş batareyalarla çirklənmiş ərazilərin insanları bu problemlərdən daha çox əziyyət çəkir.

Fikir vermisinizsə, batareyanın korpusunda zibil qabı işarəsi yoxdur. Bu o deməkdir ki, onu zibil qabına atmaq olmaz: nə evdəki zibil qabı, nə məhlədəki, nə şəhərdəki, nə də ümumi şəhər zibilxanasına. Sivil ölkə və şəhərlərdə batareyaları təhvil alma məntəqəsi var ki, əhalidən yığılan yararsız batareyalar xüsusi olaraq zərərsizləşdirilir, yəni utilizasiya olunur.  Biz isə illərdir evdən çıxan batareyaları nəinki zibil qutusuna, torpağa atırıq, hətta  uşaqlara oynamaq üçün veririk. Torpağa atılan batareyaların korpusunun altında bir növ zibil qutusu kimi yer var və bura bütün zəhərli maddələr yığılır.   Məişət tullantıları ilə birgə torpağa atılan barmaq boyda bircə batareya 20 kv metr torpağı və 400 ml suyu çirkləndirir, toksinləşdirir.

Ağır metallar, duzlar, civə, konsarogen maddələrlə dolu olan kiçik "ölüm bombası" azı 10 il təhlükəli olur. Təsəvvür edin, həmin torpaqlar bizim evimizin yanındadı, orda nəsə bitir, torpağın altı ilə bu maddələr yeraltı su mənbələrinə keçir. Beləcə, ağır metallar su ilə orqanizmimizə düşür.

Əgər bir ölkədə batareyaların uterizasiyası aparılmırsa, heç kim zəmanət verə bilməz ki, o ölkədə su, yemək, torpaq ilə insanların bədəninə ağır metallar, toksinlər, civə və kanserogen keçmir. Və heç kim bunun qarşısını ala bilməz. Bütün bunlar onkoloji, beyin, reproduktiv xəstəliklərin tüğyan etməsinə səbəb ola bilər və olur da.

İndi bu suala cavab verin: illərdir işlətdiyiniz kiçik batareyaları sonradan nə edirsiz, hara atırsız?

Təsəvvür edin, bir binadan il ərzində neçə ədəd batareya atılır. Bəzən küçədə, parklarda belə yerə atılmış batareyalar görmək olar. Tutaq ki, sıravi insanlar bu problemi bilmir. Axı alimlər, həkimlər, mütəxəssislər, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi... bu məsələyə aidiyyəti olan dövlət və qeyri dövlət qurumları var. Axı qonşu Rusiyada belə batareyaların əhalidən qəbulu üçün xüsusi məntəqələr, bu işlə məğul olan qurum, zavod fəaliyyət göstərir.

Dünyada elə ölkələr var ki, orda şəhərlərdə onlarla aktiv gənc işlənmiş batareyaların yığılması ilə məşğuldur. İnsanlar təbiətin, öz sağlamlıqlarının, uşaqlarının gələcəyinin qeydinə qalmalıdır.

Necə ki, hərarət ölçən yerə düşüb qırılanda insan üçün təhlükəlidirsə, eləcə də batareyalar ciddi təhlükə, hətta  fəlakət mənbəyidir...

Ölkəyə batareya idxal edən şirkətlər tonlarla batareyanı sata bilir.

Bəs sonra zəhərli məhsullarının aqibəti ilə maraqlanırmı? İnsanlara işlənmiş batareyalarla necə davranmalı olmağı izah edirmi? Maarifləndirmə aparırmı? Əlbəttə ki yox! Bu gün ölkədə 5-10 adam bu haqda bilgilidir. Ona görə də evlərdə körpə uşağın əlində lazımsız batareyalar oyuncaq kimi dolaşır.

Hətta zibilliyə atılan batareyalar zavodda yandırılsa da, zəhərli maddələr havaya keçmiş olur. Bu isə daha da pis nəticə deməkdir.

İşlənmiş köhnə batareyalar xüsusi zavodda xüsusi avadanlıqlarla zərərsizləşdirilməlidir. Belə bir zavod hətta Ukraynada da var: Argentum.

İşlənmiş batareyanın evdə, torpaqda, boş ərazidə, suda qalması ilə toksiki maddələrin insan orqanizminə keçməsi nəticəsində yarana biləcək xəstəlikləri sadalayırıq:   -        Onkoloji xəstəliklər, mənşəyi bilinməyən şişlər

-        Görmənin zəifləməsi

-        Dəri xəstəlikləri, dermatit, ekzema

-        Sümük əriməsi

-        Böyrəklərdə duzlar, daşlar, şişlər

-        Ağciyər xəstəlikləri, allergik bronxit

-        Əsəb pozğunluğu, beyin geriləməsi