NATOnun baş katibi Ərdoğandan üzr istədi


Dünya 18 Noy 2017 22:41:00 260 0

NATOnun baş katibi Ərdoğandan üzr istədi

NATO-nun baş katibi Yens Stoltenberq Norveçdəki hərbi təlimlərdə yaşanmış insidentə görə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan üzr istədi. Son.az bildirir ki, Rəcəb Tayyib Ərdoğanın Norveçdə NATO təlimləri zamanı yerləşdirilən qalmaqallı stendlə bağlı açıqlamasından sonra Alyans tərəfindən rəsmi Ankaraya üzrxahlıq məktubu ünvanlamışdı.

Norveçdəki Birgə Mərkəzi Hərbi Komandanlıqdan göndərilən məktubda bildirilir ki, Norveç ordusunun məsələ ilə bağlı məsul heyəti vəzifədən azad edilib.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin dövlət başçısı bəyan edib: "Onlar "düşmənlər"in fotolarının olduğu stend quraşdırıblar, orada da Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün və mənim şəkillərim əks olunub. Məsələdən xəbər tutan Türkiyə Baş Qərargahının rəisi dərhal bizə məlumat verdi və bildirdi ki, NATO təlimlərində iştirak edən 40 türkiyəli əsgərin geri çağırılması barədə qərar qəbul olunub". Son.az