Yeni süni qan istehsalı üsulu yaradıldı


Digərləri 18 Noy 2017 22:25:00 289 0

Yeni süni qan istehsalı üsulu yaradıldı

Alimlər yeni kütləvi qan istehsalı üsulunu təqdim ediblər. Metodika sahə üzrə mini-inqilab vəd edir. Hələlik mütəxəssislər yeni üsulun məşhurlaşması üçün səy göstərir.

Son.az yasilelm.com-a istinadən bildirir ki, Bristol universitetindən olan alimlər gələcəkdə qeyri-məhdud miqdarda qan istehsalını mümkün edəcək tibbi metodu təqdim ediblər. İndiki dövrdə də süni qan istehsalı mümkündür. Bunun üçün alimlər 50 minə qədər qırmızı qan hüceyrəsi olan eritrosit istehsal edə bilən qan yaradan kök hüceyrələrindən faydalanır. Belə əməliyyat yalnız kök hüceyrənin tamamilə tükənməsinə qədər davam etdirildiyindən mütəxəssislər bu məhdudiyyət problemini həll etmək qərarına gəliblər.

Yalnız bir hemositoblast hüceyrə ilə siçanlarda radiasiya təsirilə faktiki olaraq məhv edilmiş qan yaradan toxumanı bərpa etmək mümkündür. Müasir dövrdə erkən mərhələlərdə kök hüceyrələri istifadəsi vacib nəticələr təmin edir. Tədqiqatın müəlliflərindən olan Yan Freyn qeyd edir ki, kliniki sınaqlar üçün uyğun davamlı eritrosit istehsalı üsulu nümayiş etdirə biliblər. Belə ki, artıq bir neçə litr süni qan əldə edilib.

Sözügedən uğura xüsusi laboratoriya şərtlərində nail olunub. Yeni metodikanın sahə üzrə hər yerdə tətbiq edilməsini mümkün edəcək aparat hələlik mövcud deyil. Bununla belə alimlər yeni konsepsiya ilə əlaqəli tədqiqatları davam etdirəcəklərini etiraf edirlər. Başqa deyimlə, süni qan pasientlərə donor qandan daha baha başa gələcək.