Bir gündə iki dəfə cekpot qazandı


Digərləri 18 Noy 2017 21:03:00 280 0

Bir gündə iki dəfə cekpot qazandı

Şimali Karolina ştatından Mişel Şuffler adlı qadın bir gün ərzində iki dəfə cekpot uduşunu qazanıb.

Son.az banker.az-a istinadən xəbər verir ki, ümumi uduş məbləği milyon dolları üstələyir.

Qalibin sözlərinə görə, ilk bilet təsadüfən alınıb. "Yoldaşımın bir qədər nağd pulu var idi və o, son anda lotereya bileti almağa qərar verdi" - deyə Mişel danışır. Biletin üzərində qoruyucu təbəqəni silən qadın 10 min dollar qazandığını aşkar edir.

Bir neçə saatdan sonra Şuffler və həyat yoldaşı daha bir lotereya bileti almağa qərar verir, lakin bu dəfə başqa köşkdən. Uğur onları burada da gözləyirdi. İkinci uduş isə 1 milyon dollar təşkil edir. Qalibin özü bu baş verənləri möcüzə adlandırıb.