Təkcə üzr istəmək kifayət deyil


Dünya 18 Noy 2017 20:16:00 298 0

Təkcə üzr istəmək kifayət deyil

Norveçdə keçirilən təlimlər zamanı Mustafa Kəmal Atatürkün şəkili "şərti düşmən" stendində əks olunduqdan sonra edilən üzrxaxlıq kifayət deyil.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Siz dünən Norveçdə NATO-nun təlimləri zamanı Türkiyəyə qarşı hörmətsizliyi gördüz. Elə səhvlər var ki, onlar ağılsız deyil, alçaq insanlar tərəfindən edilir. Bu mövzunun bağlı hesab olunması üçün tək üzr istəmək kifayət deyil", - deyə Ərdoğan bildirib.

Ölkə prezidenti NATO-nun Norveçdəki təlimlərindən türk hərbiçilərinin geriyə çağırılması barədə qərarın qəbul olunduğunu da bildirib.